XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2017 - 13:16

“Bir neçə icra başçısı məni təhdid edir” –Qarabağ qazisindən şikayət

117264

"Mən torpaqlarımızın azadlığı uğrunda apardığımız müqəddəs savaşda bütün varlığım və Vətənə sevgimlə vuruşmuşam. Ən ağır əməliyyatlarda iştirak edərək döyüşlərdə ağır yaralanmışam, ordu komandanlığı tərəfindən cəsur döyüşçü kimi tanınmışam. İkinci qrup Qarabağ əliliyəm. Atəşkəsdən sonra Rusiyaya gedərək sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq halal yolla xeyli vəsait əldə etmişəm. Qısa müddətdə Rusiyada nüfuzlu iş adamı kimi tanınmışam və ölkənin ən strateji avtomobil yollarının tikintisində rəhbərlik etdiyim şirkət tenderlərdə qalib gələrək çox böyük işlər görüb”.

Strateq.az xəbər verir ki, Qarabağ əlili olan iş adamı Əfqan Zeynalov ölkə başçısına və I vitse-prezidentə yazdığı məktubunda belə deyir.

Rusiyada nüfuzlu iş adamı olandan sonra  Azərbaycana qayıdan Əfqan Zeynalov öz doğma ölkəsində qarşılaşdığı problemlərdən şikayətçidir.

Məktubunda icra başçılarını “kiçik padşahlar”a bənzədən Əfqan Zeynalov bildirir:

“Mən bir neçə icra başçısı tərəfindən təhdid olunuram. Külli miqdarda vəsaitimi mənimsəmiş “balaca padşahlar”ın şərindən qorunmaqda acizəm. Hətta ailə üzvlərimin həyatına qəsd edilməsi problemi ilə üzləşmişəm və buna görə də təhlükəsizliyimizə təminat verilməsi üçün səlahiyyətinizdən istifadə edərək müvafiq tapşırıqlar vermənizi xahiş edirəm”.

Şikayətçi hazırda iqtisadi cəhətdən xeyli ağır vəziyyətə salındığını da vurğulayaraq qeyd edir:

“Mən eyni zamanda məcburi köçkünəm və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum dönəmlərdə onlarla qaçqın ailəsinin bu və ya digər sosial probleminin həllinə yardım göstərməyə tələsmişəım. Amma indi elə duruma salınmışam ki, mənim özümə yardım edilməsi zərurəti yaranıb.

Halbuki, bu gün mənim və mənim kimi yüzlərlə iş adamının külli miqdarda pulunu mənuimsəyərək dövlətçiliyimizin bel sütunu hesab olunan yerli sahibkarlığın, orta təbəqənin axırına çıxan icra başçıları həmin vəsaitlərimizi ödəsələr, ölkədə minlərlə yeni iş yeri açılması üçün həyata keçirməyə başladığınız “Strateji Yol Xəritəsi”nin qısa zamanda uğur qazanmasına öz töhfəmizi verə bilərik.

Biz Sizə inanır və güvənirik. Biz Sizin ölkənin qara yarasına çevrilmiş məmur özbaşınalığına qarşı amansız mübarizəyə start verəcəyiniz günü səbrsizliklə gözləyirik. Millət və dövlətçiliyimizin inkişafı yolundakı şərəfli, ağır və məsuliyyətli işlərinizdə Ulu Tanrı Yardımçınız olsun!”.