XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 11:43

“Əsas məqsədimiz soyqırımı törədənlərin cəzalandırılmasıdır” –Əli Əhmədov

eli-ehmedov-yap

"Xocalı soyqırımı ilə bağlı Şəhidlər xiyabanında abidə qoyulması, protokola salınması barədə Milli Məclisdə qaldırılan təklif müsbət qarşılanır. Amma bizim ən əsas məqsədimiz bu soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır".

Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır: "Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb". /APA