XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 11:59

İcra başçısı cəbhədəki gərginlikdən danışdı:"Gecə saat 4-dən camaatın yanındayam..."

raqub-agdanm

Son günlər sosial şəbəkələrdə Ağdamda kəndlərin boşaldılması ilə bağlı şayiələr dolaşmaqdadır. Bu şayiələrin hansı mərkəzdən yayıldığı, kimə xidmət etdiyi təbii ki, məlum məsələdir.

Strateq.az xəbər verir ki, "Ölkə.az"ın əməkdaşı Ağdam rayonunun icra başçısı Raqub Məmmədovla əlaqə saxlayıb və məsələni aydınlaşdırıb.

"Hər kəs öz yerindədir. Gərginlik var. Gərginlik olan kimi sakinlər yaşlı adamları, körpələri götürüb kəndin mərmi tutmayan yerinə keçirlər. "Kəndlər boşaldı, insanlar başqa yerə getdi" kimi məlumatlar əsassızdır. Camaatın kənddə malı-dövləti, heyvanı var", – deyə Raqub Məmmədov qeyd edib.

Dünən gecə saatlarında yaşanan gərginliklə bağlı Raqub Məmmədov bildirdi ki, gecə saat 04:00-da gərginlik yaşandı. Kənd camaatı evləri boşaldıb yolun kənarına yerləşmişdi:

"Özüm saat 04:00-dan camaatın yanında olmuşam. Gərginlik olanda evləri tərk etmək normaldır. İnsanıq, bilirik ki, göylə gələn mərmidir, onu əllə saxlamaq olmur axı. Ona görə də mütləq təhlükəsiz əraziyə çəkilmək lazımdır. Kişilər isə kəndləri tərk etmir".

İcra başçısı həmçinin bunları qeyd edib:

"Ağdam rayonunun icra başçısı olaraq sizə deyirəm, gecə saat 4-dən camaatın yanındayam. Gecə olan gərginlikdə Qaradağlı və Çəmənli kəndinin hərəsindən 10-15 ailə, Əfətli kəndindən 50 ailə kəndlərin aşağı hissəsində gözlədi. Saat 06:00-da isə onların hamısı ilə görüşdüm və bildirdim ki, sakitlikdir, hər kəs evinə, kəndinə qayıtsın və hər kəs öz evindədir".