XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 14:48

Tbilisidə “Xocalıya ədalət!” aksiyası keçirilib –Açıqlama + FOTO

aksiya-xocali-tblisi

Bu gün Tbilisidəki Şota Rustaveli prospektində "Xocalıya ədalət!" yürüş aksiyası keçirilib.

Tədbirdə gürcü və azərbaycanlı tələbələr iştirak edib.

Borçalı İrəli İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mitinqdə 5 mindən çox Xocalıdan bəhs edən buklet paylanılıb.

Aksiya iştirakçıları Rustaveli metrosunun qarşısından başlayaraq, Gürcüstan parlamentinin Tiflisdəki binasının qarşısınadək yürüş keçiriblər. Yürüşdə "Xocalıya ədalət!" və digər şüarlar səsləndirilib. Yol boyu Xocalı soyqırımının tarixindən bəhs edən bukletlər paylanılıb.

Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd soyqırımı dünya ictimaiyyətinə çatdırmaqdır: "Aksiya çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Gürcüstan ictimaiyyətinə, xüsusən Tbilisinin mərkəzindəki Rustaveli prospekti boyunca və digər küçələrdə Xocalı soyqırımını təbliğ etdik, bukletlər payladıq. Bununla yanaşı, parlamentin binası qarşısında 150 nəfər gənc toplaşaraq Xocalıya aid şüarlar səsləndirildi, Xocalıya ədalət tələb olundu. Aksiyada Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandırdıq. Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verilməsinə səslədik, Gürcüstan və Azərbaycanın işğal olunan 20% torpaqlarının azad olunmasını tələb etdik".

APA