XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2017 - 22:14

ABŞ Türkiyənin etirazını diqqətə almadı, YPG-yə zirehli texnika göndərdi –FOTO

zirehli-masin-abs

Türkiyənin israrlı etirazlarına baxmayaraq, ABŞ PKK-nın Suriya qolu olan YPG-yə dəstəyini davam etdirir.

Strateq.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Suriyada İŞİD-ə qarşı döyüşən YPG-nin mövqeyini gücləndirmək üçün onlara zirehli texnikalar göndərib.

"Reuters"ın fotoqrafı həmin zirehli texnikanın daşınmasını təsdiq edən faktı görüntüləyib.

Məlumatda o da bildirilir ki, zirehli texnikayla yanaşı, YPG-yə əsgəri dəstək də göndərib.

Məsələyə reaksiya verən Türkiyəli nazir Ömer Çelik deyib ki, YPG-yə verilən ağır silahlar Suriyadakı müxalif qruplara verilsəydi, indi nə İŞİD, nə də belə bir terror təşkilatı ilə işbirliyinə ehtiyac qalardı.