XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2017 - 21:09

“Əvvəlki mövqeyə çəkilin, cəsədlərin çıxarılmasına başlayın” –ATƏT-dən cəbhədəki vəziyyətlə bağlı bəyanat

atet-moni

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin, eləcə də digər mənbələrdən məlumatına əsasən, fevralın 25-də təmas xəttində, itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub.

Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların cəsədlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə bir gün əvvəl razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.

Həmsədrlər həmçinin tərəflərə zorakılıqların istifadəsindən çəkinməklə bağlı öhdəlikləri xatırladıblar.

Report