XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 17:38

Milyarderin oğlu qəzada belə öldü– FOTO, VİDEO

Yunan milyarder Apostolos Vakakisin gənc oğlu Yorqas Afinada dəhşətli qəza törədib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Y.Vakakis və dostunun olduğu «Porsche» avtomobili yüksək sürətlə gələrək qarşıdakı avtomobillə toqquşub. 

Güclü partlayış nəticəsində həm «Porsche»də olanlar, həm də digər avtomobildə olan 33 yaşlı qadın və onun 3 yaşlı övladı dünyasını dəyişib.   

Yorqas Vakasis «Jumbo» supermarketlər şəbəkəsinin rəhbərinin yeganə oğlu və varisi idi. Şəbəkənin dünya üzrə fəaliyyət göstərən 82 mağazasından 52-si Yunanıstanda yerləşir. 

«Jumbo»nun illik gəliri 1 milyard dollara yaxındır. 

ABŞ-da təhsil alan gənc Vakakis Yunanıstana tətilə gəlmişdi.

Mətbuatın yazdığına görə, rəsmi məlumatda avtomobilin sürətinin saatda 120 kilometr olduğu göstərilsə də, əslində Yorqas raket sürətiylə gəlirmiş.