XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 19:56

“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır” –İcma rəhbəri

bayram-seferov-yenni-esasss

"Cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bir daha onu göstərir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir".

Bu fikri Azərtac-a açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Bayram Səfərov deyib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Cəbhədə gərginliyin yaranmasının günahkarı Serj Sarkisyan hakimiyyətidir".

İcma rəhbəri qeyd edib ki, BMT-nin qətnamələri yerinə yetirilməsə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarının təxribatlarının qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq.

Xatırladaq ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.