XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 12:56

MHP lideri:"Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir"

bahceli

“Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır”.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib:

“Artıq zaman daralır, səbr tükənir. Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin ürəyi Dağlıq Qarabağda döyünür. 25 il əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”. /APA