XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

28 Fevral 2017 - 14:34

Binəli Yıldırım:"Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”

yildirim-2

“Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib.

B.Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan əsgərlərinə rəhmət diləyib:

“Azərbaycan xalqının acısını paylaşırıq. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”. /APA