XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 17:43

Putin:"Müttəfiqlərimizin daxili siyasi proseslərinə qarışmırıq"

putin-0

"Bütün postsovet məkanında stabilliyi qiymətləndirmək lazımdır, istənilən hakimiyyət dəyişikliyi konstitusiya əsasında olmalıdır".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Qızğızıstan rəhbəri Almazbek Atambayevlə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

“Bütün postsovet məkanında stabilliyi qiymətləndirməli olduğumuz mövqeyindən çıxış edirik. İstənilən hakimiyyət dəyişikliyi konstitusiya və qüvvədə olan qanunlar çərçivəsində baş verməlidir”, – deyə Putin vurğulayıb.

"Rusiya Qırğızıstanda seçkilərin sarsıntısız keçiriləcəyinə dair təminat alıbmı" sualını belə cavablandırıb: “Heç vaxt başqa ölkələrin, xüsusilə də müttəfiqlərimizin daxili siyasi proseslərinə qarışmırıq”.

Qeyd edək ki, Qırğızıstanda noyabrın 19-da prezident seçkiləri keçiriləcək. /SalamNews