Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur.
Bu, "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsində əksini tapıb.
Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.
1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək.
2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonr bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq(Report).
Onu da qeyd edək ki, bu dəyişikliklə yanaşı, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
Dəyişikliyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-də qəbul olunacaq.