Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş əl-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb.
Bu barədə "Hurriyet Daily News" qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb.
Mənbə bildirib ki, baza El-Babdakı yüksəklikdə yerləşir.
Bazanın türk ordusunun zirehli texnikasının təmiri və dislokasiyası üçün istifadə edildiyi bildirilir. /Trend