XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 00:05

Tramp Obamanı ittiham etdi:"Onun və adamlarının əli var"

ABŞ prezidenti Donald Tramp Barak Obamanı Ağ Evə qarşı etiraz aksiyaları təşkil etməkdə günahlandırıb.
 
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu «Fox news»a müsahibəsində deyib.

Tramp Ağ Evdən gizli məlumatların sızdırılmasını da Obama və yaxın ətrafı ilə əlaqələndirib. 

"Mənə elə gəlir ki, etirazların arxasında Obama dayanır. Ən azı, adamları bu işə dəqiq qarışıblar. Fikrimcə, Ağ Evdən gizli məlumatları sızdıranlar da Obamanın tərəfdarlarıdır. Onun və adamlarının bu işlərdə əli var. Bunlar olduqca ciddi məlumatlardır və onların yayılması milli təhlükəsizliyə təhdid yaradır», deyə Tramp bildirib.