XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2017 - 23:18

Ukrayna vətəndaşları üçün viza rejimi ləğv edildi –Avropa İttifaqı Şurası təsdiqlədi

avropa

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib.

Bu barədə qurumun saytında bildirilib.

“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.   

Saziş  Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.  

Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.  

Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar. 

APA