XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 11:01

Dollar düşdü, bəs qiymətlər niyə ucuzlaşmadı? –Ekspert hökumətə səsləndi

Vüqar

Dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymətlərin endiriləcəyini desələr də, bu, hələ ki baş verməyib.

Bununla bağlı Strateq.az-a fikirini bölüşən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, idxal olunan malların qiymətinin enməməsi və ya enidirilməməsi təəccüb doğurmaya bilməz:

"Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər".

İqtisdçının sözlərinə görə, mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil:

"Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər".

Strateq.az