XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2017 - 11:16

“Ziya müəllim Quranı oxuyur, təhlil edir…” –Qardaşından sabiq nazirlə bağlı açıqlama

ziya-memmedov

Məlum olduğu kimi, ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Nəticədə yeni nazirliyə təyinat almayan sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırılıb.

Bəziləri Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı. 

Strateq.az xəbər verir ki, "Modern.az" saytı aradan keçən müddəti nəzərə alaraq, Ziya Məmmədovdan yeni açıqlama almağa çalışsa da, sabiq nazir telefonlara cavab verməyib. 

Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə saytın sualına cavab olaraq deyib ki, Ziya Məmmədov hazırda istirahət edir: 

"Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb.

Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”.

"Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi” sualına Elton Məmmədov belə cavab verib:

"O, sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm”.