XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 14:29

Komitə sədrindən köçkünlərə müraciət:"Əsgərlikdə olmayan və fərarilik edənlərə qız verməyin"

eli-hesenov-qacqinkom-yenni-esas

"2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı”.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı deyib.

Bildirib ki, sözügedən məsələ ilə bağlı prezidentə məruzə edərək nəticələrin aradan qaldırılması üçün icazə istənilib:

"Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”. /BakiPost.az