XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 15:08

Nazir müavini MPK-də yenə prezident seçildi –Olimpiya çempionuna yeni vəzifə verildi

 ilqar-rehimov-nazir-muavini

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

Komitədən Strateq.az-a daxil olan məlumata görə, V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə İlqar Rəhimov (Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini-redak), prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.

Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.