XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 16:15

Sabiq müdafiə naziri Ermənistan hökumətini təhdid etdi –Yanacaq qalmaqalı

ohanyan

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan baş nazir Karen Karapetyanın onu yanacaq oğurluğunda günahlandırmasına münasibət bildirib.

Axar.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Ohanyan baş nazirin ittihamlarına cavab verib. Eks-nazir deyib ki, ordudakı yanacaq problemi ilə bağlı məsələyə Ermənistana neft məhsulları idxal edən “Fleş” kompaniyasının rəhbəri Barseq Beqlaryandan hesab sorulmalıdır. O, özünün bu məsələyə heç bir aidiyyətinin olmadığını və yanacaqla bağlı ona problem yaradılacağı təqdirdə, bütün günahkarların adını çəkəcəyini söyləyib.

Dünən Baş nazir Karen Karapetyan ötən ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun yanacaqla bağlı problemləri olduğunu və hərbi texnikanın bunun ucbatından işləmədiyini bildirib.