XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2017 - 17:30

Sənədlərdən biri olmasa, şagird imtahana buraxılmayacaq –Xəbərdarlıq

tqdk

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki, şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini, (Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini) mütləq gətirməlidirlər.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər imtahana gələrkən digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilən və fotoşəkilləri yapışdırılan arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, şagird imtahana buraxılmayacaq.

Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı və Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. /APA