Ermənistan Müdafiə Nazirliyi cəhbə xəttində bir neçə gün öncə baş verən insidenti indi açıqlayıb.
Modern.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan fevralın 28-də təmas xəttində mühəndis işləri gerçəkləşdirən zaman baş verən partlayışda 3 hərbçinin yaralandığını deyib.
Partlayışın Ermənistanın Tovuz rayonu ilə üzbəüz yerləşən Tavuş vilayəti ərazisində baş verdiyi bildirilir.
Müxtəlif dərəcəli xəsarətlər alan hərbçilər Yerevan xəstəxanalarına gətirilib. Onların aldıqları xəsarətlərin dərəcəsi açıqlanmır.
***
Döyüş mövqeyində partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi məlum olub.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.