XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 19:17

ABŞ-ın sabiq səfiri:“Menbiçin taleyinə Türkiyə qərar verə bilməz”

jeffrey

"Siz necə əl-Babı aldınızsa, biz də o cür Menbiçi aldıq. Siz əl-Babda qərarverici güc olmaq istəyirsiniz, biz də Menbiçin taleyini müəyyənləşdirmək niyyətindəyik. Bəli, YPG (PYD-nin hərbi qüvvəsi) və ərəb gücləri qurudan irəlilədi, biz də havadan onlara dəstək verdik. ABŞ əsgərlərinin YPG-yi qorumaq üçün orada olduğunu düşünməyin, ABŞ regiondakı bütün situasiyanı istiqamətləndirmək üçün oradadır”.

Strateq.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki sabiq səfiri və Yaxın Şərq üzrə mütəxəssis Ceyms Cefri deyib.

“Habertürk” telekanalına açıqlamasında sabiq səfir onu da bildirib ki, Türkiyə Menbiçin taleyinə qərar verə bilməz: “Bu haqq orada yaşayan xalqa aiddir. ABŞ-ın, Türkiyənin, YPG-nin bölgədə maraqları var, bəli. Amma bu, tamamilə başqa mövzudur”.

ABŞ-ın Ankaraya verdiyi sözü tutmamasına Menbiçdə mənfəəti olan ölkələrin heç birinin bir-birlərinə səmimi olmamasıyla izah edən Cefriyə görə, Türkiyə əvvəl bu bölgənin özü üçün niyə bu qədər əhəmiyyətli olduğunu hər kəsə izah etməlidir: “Məsələn, "Afrin və Rojavanın birləşməsini istəmirik" demişdi və bu iddiasındakı arqumenti xeyli qaneedici idi. ABŞ da onunla razılaşdı, qorxulanın olmaması  üçün hər cür addımı atdı”.

“Menbiçin Raqqaya gedən yolların kəsilməsi üçün təşkil edilən əməliyyatın bir parçası” olduğunu qəbul edən diplomatın fikrincə, “bölgədəki ABŞ əsgərləri İŞİD-i tamamilə məğlub etməyə fokuslanmış vəziyyətdədir”.

Strateq.az