Bu gün Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsəsən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Larisa Yefimovna Reyxrudel "Şöhrət” ordeni ilə təltif edilib.
Prezidentin digər sərəncamı il Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə Təhsin Mütəllim oğlu Mütəllimova "Əməkdar elm xadimi” fəxri adı verilib.