XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 23:36

Merkel Ərdoğanın təhdidlərinə cavab verdi:"Türkiyə belə lazımsız fikirlərdən qaçmalıdır"

Merkel-

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Ərdoğanın "Ey Almaniya, sizin demokratiya ilə bir əlaqəniz yoxdur. Sizin hazırkı yanaşmalarınız keçmişdəki faşist düşüncəsindən fərqli deyil. Siz bizə demokratiya dərsi verəcəksiz, ancaq mənim nazirlərimə Almaniyada danışmağa imkan verməyəcəksiz. Sizi bütün beynəlxalq aləmdə rəzil-rüsvay edəcəyik. Biz o faşist dünyasını görmək istəmirik. Elə bilirdik, Almanyanın bunları buraxması keçmişdə qalıb, ancaq yanılmışıq", – sözlərindən ibarət təhdidlərinə cavab verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel Ərdoğanın Almaniyanı keçmişiylə müqayisə etməsini  qəbul etmədiklərini, bu cür yanaşmanın o dövrün günahkarlarının önəmsizləşdirəcəyini bildirib: "Ərdoğanın bu bənzətməli, müqayisəli açıqlamasını rədd edirik. İki ölkə münasibətləri soyuqqanlı davam etməlidir".

Merkel iki ölkənin daha sakit, məntiqli davranmasının gərəkli olduğunu da sözlərinə əlavə edərək, deyib ki, Türkiyə lazımsız ittihamlardan qaçmalıdır: "Türkiyənin belə əsassız ittihamlardan qaçması lazımdı".