XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 12:14

Təhsil ekspertindən etiraz:“Bu qiymətə imtahan olmaz!”

imtahan 2

Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq Azərbaycanda qəbul imtahanlarında iştiraka görə ödənişləri müəyyənləşdirib.

Qiymət imyahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.

Təhsil eksperti Kamran Əsədov ödənişlərin məbğləğinin fantastik olduğunu bildirib.

O deyib ki, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:

“Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri əvvəl dediyim kimi, fantastik oldu.  Sadə dildə desək: abituriyent 1 dəfə imtahanda iştiraka görə – kollecə qəbul üçün 20 manat, bakalavr pilləsinə qəbul üçün 40 manat, magistratura pilləsinə qəbul üçün 60 manat, rezidenturaya qəbul üçün 100 manat iştirakçı pul ödəməlidir. Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnəcək.  Bəlkə də 2 il sonra kurikulum ilə keçiriləcək imtahanlar üçün bu məbləğ başa düşülən ola bilərdi, amma indi Dövlət İmtahan Mərkəziəvvəldən bazasında olduğu suallarla imtahan keçirəcəksə, bu qədər böyük məbləğ olmamalı idi. 

Bəli, bu qazanc əldə etməkdir. Halbuki, bunu inkar edirdilər. Bu qiymətə imtahan olmaz. İnsanlar kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedəcək. Təhsil əlçatan olmalıdır.  Heç bir ölkənin öz daxilində ali məktəblərə qəbul imtahanları bu qiymətə deyil. Xaricdən qəbul istisna olmaqla. Düşünürəm ki, Tarif Şurası qiymətlərə yenidən baxmalıdır və 50 faiz ucuzlaşdırmalıdır”.

Kamran Əsədov deyir ki, imtahan iştirakçıları imtahanda iştirak etmək üçün ödəmə kartı əldə etmək məqsədilə müvafiq mobil operatorların sms nömrələrinə boş sms göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil:

"Deməli bu da qiyməti artıran hallardır. Bir də abituriyent nəticələri öyrənmək üçün yenə də müvafiq sms nömrələrə imtahanda iştirak edən sms yollayacaq ki, imtahan qiymətlərinə baxsaq, bu da kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq”. /Modern.az