XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 14:09

“Polis qarşısını almasaydı, ağ ölüm bu milləti basıb yemişdi” –Deputatdan Ombudsmana etiraz

zahid-oruc

Milli Məclisdə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatı dinlənilib.

Millət vəkili Zahid Oruc Elmira Süleymanovanın parlamentə təqdim etdiyi hesabata sərt reaksiya verib.

O bildirib ki, insan haqları üzrə müvəkkilin səlahiyyət çərçivəsi hamımıza məlumdur: 

"İlk dəfədir ki, belə şablon, dekorativ bir sənədin bizə təqdim olunduğunun şahidi oldum. Biz problemləri deməsək, bu kursa səmimi xidmət etmiş olmarıq. Prezident Administrasiyasının şöbə müdiri hər il administrasiyaya daxil olunmuş məktubları təhlil edir. O məktublarda ünvanlar göstərilib. O qədər konyukturaçı olmaq olmaz ki, bu cür tərif dolu sənəd ortalığa gətirək.

Bu yaxınlarda DTX rəhbəri Mədət Quliyev açıqladı ki, Azərbaycandan 900 nəfər Suriya, İraqda döyüşə gedib. Biz 2014-cü ildə qərar verdik ki, onları vətəndaşlıqdan məhrum edək. Biz isə 900 nəfəri itirmişik. 84 nəfərə cinayət işi qaldırılıb. Səbəb nədir ki, bu insanlar gedib orada vuruşurlar?

Bu sənəddə kredit borclarına görə evini itirən, məhkəmələrə düşən insanların davasını görmədim. Devalvasiya qərarı on minlərlə insanı məhkəmədə qoyub. İndi biz bunu deməyək?

Narkotik tranziti hamıya məlumdur, hardan gəldiyini bilirik. Polis orqanları bunun qarşısını almasaydı, ağ ölüm bu milləti basıb yemişdi. Narkotik cəmiyyət üçün erməni təhlükəsinə bərabərdir. Adamlar ailə üzvlərini hardasa girov qoyub ölkəyə narkotik gətirirlər”. /"Qafqazinfo"