"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb".
Bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik". /APA