XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 14:33

General Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2014-ci il üzrə hesabatı Milli Məclisə daxil olub. Strateq.az bildirir ki, Milli Məclisdən verilən məlumata görə, hesabat aprelin 3-də parlamentin müzakirəsinə çıxarılacaq. Hesabatı Azərbaycan Daxili İşlər nazirinin müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

Bu gün ölkə mətbuatında yayılan məlumatlara görə, hesabatın bir bölməsində bildirilir ki, insan alveri yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması hallarının müəyyən olunması məqsədilə müvafiq cinayətlərdə təqsirləndirilən hər bir şəxs barəsində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən zəruri araşdırmalar aparılıb, şübhəli maliyyə əməliyyatlarına dair məlumatlar Azərbaycanın Baş Prokurorluğuna təqdim edilib.

Eyni zamanda, hesabatda insan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair İnterpola üzv dövlətlərdən daxil olan 50-dən çox sorğunun cavablandırılması, həmçinin KİV-lərdə və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflərin araşdırılması haqda da təfsilatlı məlumatlar var.

Strateq.az