XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 17:47

“Almaniyaya gedirəm, heç kim bizə əngəl ola bilməz” –Çavuşoğlu rəsmi Berlinə meydan oxudu

Çavuşoğlu 352 !!

"Almaniyaya gedirəm, heç kim əngəl ola bilməz. Tez-tez Avropanın ortaq dəyərlərindən, demokratiyadan danışırıq. Bu mövzuda Türkiyəyə dərs verməyə çalışan ölkələrin İkinci Dünya müharibəsi zamanı yürütdükləri siyasət qəbuledilməzdir".

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrin nümayəndələri ilə keçirdiyi toplantıda deyib.

“Almaniyanın mənim iştirak edəcəyim toplantının məkan sahibinə təzyiq etməsi, sonra həmin yerin sənədlərini ləğv etməsi də qəbuledilməz haldır. Bu, insan hüquqlarına ziddir. Almaniyanın insanları belə cəzalandırıb, nəyəsə nail olması mümkün deyil.

Əgər bu irqçiliyin qarşısını almasaq, dünya İkinci Dünya müharibəsindən əvvəlki vaxtlara qayıdacaq. Mən bu gün Almaniyaya, Hamburqa gedirəm. Oradakı vətəndaşlarımıza görüşməyimizə heç kim mane ola bilməz. Heç bir ölkə ilə münasibətlərimizin pozulmasını istəmirik. Amma bizə qarşı düşmən münasibət göstərsələr, bunun cavabını verəcəyik”, – Çavuşoğlu bildirib. /Axar.az