XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 18:09

Məmmədyarovdan ABŞ-a diplomatik mesaj:“Çətin tərəfdaşdırlar, hər zaman səni eşitmirlər..."

elmar

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib. 

"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", – o qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E.Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır:

“Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində, Rusiya kimi, bizi də tənqid edir. Bu oyunun qaydası belədir”. /APA