XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 19:27

“Rusiya 8 il ərzində Obamanın “üstündən keçib”…” –Tramp Obamanı yenə "vurdu"

obama-tramp

ABŞ prezidenti Donald Tramp növbəti dəfə sələfi Barak Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib.

Tramp özünün “Twitter” səhifəsində belə yazıb:

“Rusiya səkkiz il ərzində prezident Obamanın “üstündən keçib”, gücləndikcə güclənib, Krımı ələ keçirib və raketlərinin sayını artırıb. Aciz!”.

Qeyd edək ki, D. Tramp daha öncə də B. Obamanı Rusiyaya qarşı yumşaq münasibətdə günahlandırıb.

“Rusiya Obama administrasiyasının dövründə Krımı özünə birləşdirib. Obama Rusiyaya qarşı çox yumşaq olmayıbmı?” – deyə, o, fevralın ortalarında yazdığı “tvit”də vurğulayıb.

APA