XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 15:37

Almaniyanın XİN rəhbəri Türkiyəyə gedir –Açıqlama

Berlin Turizm Fuarı'na katılmak üzere kente gelen Dışişleri Bakanı Mevlüt Çavuşoğlu, Almanya Dışişleri Bakanı Sigmar Gabriel ile görüştü. ( Cem Özdel - Anadolu Ajansı )

Türkiyə ilə Almaniya arasında bir neçə gündür davam edən siyasi qalmaqala bu gün XİN rəhbərlərinin iştirakı ilə baş tutan görüşdə son qoyulub.

“Milliyet”in məlumatına görə, Almaniyada səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Siqmar Qabriellə görüşüb.

M.Çavuşoğlunun sözlərinə görə, Siqmar Qabriel yaxın zamanlarda Türkiyəyə gələcək: “Aramızdakı əlaqələr hər kəsdən yaxşı olmalıdır. Münasibətlərin pis olmasının heç kimə faydası yoxdur. Dostum Qabriellə ən qısa zamanda yenidən görüşəcəyik, onu Türkiyəyə dəvət etmişəm və dəvətimi qəbul edib”.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunub. /"Qafqazinfo"