XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

08 Mart 2017 - 23:00

Berat Albayrak:“BTC və TANAP bölgəmizə sülh gətirəcək”

albayrak

"2002-ci ildən etibarən, Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb".

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ABŞ-ın Hyuston şəhərində keçirilən “IHS CERAWeek 2017” enerji konfransında bildirib.

Nazir qeyd edib ki, gələcəkdə iqtisadi artımı daha da stimullaşdırmaq üçün bu cür investisiyaların həcmi artmalıdır.

B.Albayrakın sözlərinə görə, dünyanın neft-qaz ehtiyatlarının 60%-i Türkiyənin yerləşdiyi regionun payına düşür. O əlavə edib ki, Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən qaz idxalı ilə yanaşı üzən LNG gəmisi layihəsinin reallaşdırılması da davam edir. 

İsrail qazının Türkiyənin daxili bazarına, daha sonra isə Avropa bazarına nəql olunması sahəsində işlərin davam etdiyini bildirən nazir qeyd edib ki, bu layihə “qazan-qazan” prinsipinə əsaslanacaq və regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. 

O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihələri bölgəyə sülh və stabillik gətirəcək. 

APA