XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 23:45

Tramp rəsmi Tehranı hədələdi:“ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”

tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”, – deyə, Ş.Spayser qeyd edib.

Ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb. 

APA