XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 10:54

Bakı-Sumqayıt yolundakı ağır qəzada ölənlərdən 2-si tələbə çıxdı –21 yaralı var

qəza

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 21 nəfərin xəsarət aldığı bildirilir. 

APA-nın xəbərinə görə, ölənlərin hər ikisi tələbədir. Sumqayıt Dövlət Universitetinin tələbələri Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alırdı.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. 

Xatırladaq ki, ilkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.