XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 11:35

Ərdoğan ABŞ-ın ən böyük humanitar təşkilatını Türkiyədən çıxartdı –Bəyanat

humanitar

Türkiyə ən böyük humanitar yardım təşkilatlarından biri olan və ABŞ-da mənzillənmiş  “Mercy Corps” təşkilatının ölkəni tərk etməsinə qərar verib.

Strateq.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, Ankara bu təşkilata Türkiyədə fəaliyyət üçün verilmiş lisenziyanın müddətini uzatmaqdan imtina edib. “Mercy Corps” təşkilatının Türkiyədəki qərargahı Suriyaya humanitar yardım göstərirdi.

“Mercy Corps” bildirib ki, Türkiyə hökuməti bu qərarının mümkün səbəbləri barədə məlumat verməyib.

Təşkilatın bəyanatında deyilir ki, Türkiyə ofisinin bağlanması Suriyada mühasirə vəziyyətində ilişib qalan yüz minlərlə Suriya vətəndaşı və qaçqınına yardım proqramını yarımçıq qoyacaq: "“Mercy Corps” son beş ildə Türkiyə hökuməti ilə əməkdaşlıq edirdi. Təşkilatın bəyanatında deyilir ki, lisenziyanın bərpası üçün Türkiyə hökuməti ilə dialoqa cəhd ediləcək".

Türkiyənin hökumət rəsmiləri "Reuters" agentliyinə məsələnin “texniki” olduğunu və “Mercy Corps” təşkilatının bir sıra sənədləri təqdim edə bilmədiyini söyləyiblər. “Mercy Corps” öz sərhədlərini 3 milyon Suriya qaçqını üçün açmış Türkiyənin hökumətinə indiyədək davam etmiş əmədaşlığa görə təşəkkürünü bildirib.

Təşkilat 2012-ci ildən bəri 350-500 min Suriya qaçqınına humanitar yardım göstərib.

Eyni zamanda, “Mercy Corps” bunu da bildirib ki, onun Suriyaya humanitar yardımları başqa coğrafiyadan davam etdiriləcək.