XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 14:30

Hökumətdən orduyla bağlı yeni qərar –Hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradıldı

nazirler-kabineti

Azərbaycandakı hərbi hissələrin şəxsi heyətinin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb.

Bu barədə Nazirlər Kabinetinin 2016-cı ilə dair hesabatında qeyd edilib.

Son illər Azərbaycan Ordusunda bəzi qidalar rasiondan çıxarılıb, onlar milli yeməklərlə əvəzlənib.

Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normaları 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti tərəfidnən təsdiq edilib.

Bu siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 24-ə çatır. /Modern.az