XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 16:39

Aparat rəhbəri işdən çıxarıldı, yerinə təyinat oldu –Komitədə dəyişiklik

komita-arxitektura

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib.

Dövlət Komitəsinin Aparat rəhbəri Elmar Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifəyə Ağamirzə Canmirzəyev təyin edilib.

Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda müvafiq dəyişiklik edib. Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Süleyman Cabbarov da Kollegiya üzvü təyin edilib.

A.Canmirzəyev bundan əvvəl Dövlət Komitəsinin Texniki normalar və lisenziya şöbəsinin müdiri olub. /APA