XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 21:06

Prezident Mərkəzi Bankın adını daha bir qanundan çıxardı –Yeni qanun

merkezi bank

Bu gün Prezident İlham Əliyev "Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə yeni qanunu təsdiq edib.

Strateq.az xəbər verir ki, Milli Məclisin qəbul etdiyi, Prezidentin isə bu gün təsdiqlədiyi yeni qanuna əsasən, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar alınıb:

"Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260) 2-ci maddəsinin 2-ci hissəsinin ikinci bəndində "Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri "publik hüquqi şəxslərə” sözləri ilə əvəz edilib.