"Dünya pilləli şəkildə Qərbdən sonrakı dönəmə daxil olur".
Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov alman həmkarı Siqmar Qabriel ilə görüşü zamanı çıxış edib.
O bildirib ki, ölkələr dünyada cərəyan edən proseslərlə bağlı kollektiv məsuliyyəti bölüşməyə hazır olmalıdır:
“Dünya çoxqütblü sistemə keçir. Bunun anlamı odur ki, sülh və sabitlik üçün dünya ölkələri birgə təşəbbüs göstərməli və məsuliyyəti bərabər bölüşməlidir. Çoxqütblü dünyada razılaşmağımız vacibdir”/Axar.az.