XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 23:58

Prezident Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı fərman verdi –Detallar

fhn

Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmana dəyişiklik edib.

Strateq.az xəbər verir ki, bununla bağlı imzalanan Fərmana əsasən, "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058; 2008, № 11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1579; 2015, № 9, maddə 997, № 11, maddə 1323) aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə” üzrə:

1.1. 1-ci hissədə "məhsulların və xidmətlərin” sözləri "malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu vasitəsilə” sözləri ilə əvəz edilsin və həmin hissəyə "aparan” sözündən sonra "qurumların fəaliyyətinə” sözləri əlavə olunsun;

1.2. 7.3-cü bənddə "həyata keçirir” sözləri "təşkil edir” sözləri ilə əvəz edilsin;

1.3. 8.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

"8.14. yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin uyğunluq sertifikatlarının olub-olmadığını yoxlamaq, habelə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatların qüvvəsinin müvəqqəti dayandırılması və ya ləğv edilməsi barədə təkliflər vermək;”.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə” üzrə:

2.1. 8.26-cı bənddə "öz səlahiyyətləri daxilində” sözləri "uyğunluğu qiymətləndirən qurumları vasitəsilə” sözləri ilə əvəz edilsin;

2.2. 8.28-ci bənd ləğv edilsin.