XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 00:32

“Biz Merkeli Moskvada gözləyirik” –Putin

putin-merkel

"Rusiya və Almaniyanın ümumi vəzifəsi əlaqələri tam normallaşdırmaqdır".

Bu sözləri Rusiya Prezidenti Putin Almaniya XİN rəhbəri Ziqmar Qabriellə görüşündə deyib.

Putin bildirib ki, biz hazırda münasibətlərin hansı vəziyyətdə olduğunu anlayırıq: “Fikrimcə, biz münasibətləri normallaşdırmalıyıq, toqquşduğumuz bütün çətin məsələlərin həlli var”.

Almaniya rəhbərliyi ilə daim əlaqəyə açıq olduğunu vurğulayan Putin bugünkü görüşü də münasibətlərin bərpası baxımından yüksək qiymətləndirib:

“Biz xanım kansleri Moskvada gözləyirik, xahiş edirəm, ona ən xoş arzularımı çatdırın”.

Qabriel isə Merkelin səfəri üçün imkanlar olduğunu, hətta Almaniya prezidentinin Rusiyaya gəlmək üçün hazırlaşdığını vurğulayıb.

Axar.az