XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 15:03

Rus biznesmenlərin olduğu helikopter Türkiyədə qəzaya uğradı- Ölənlər var (FOTO, VİDEO)

Rusiyalı biznesmenlərin olduğu "Sikorsky S-76" helikopteri Türkiyədə qəzaya uğrayıb.

Strateq.az xəbər verir ki, İstanbulun Böyükçəkməcə rayonunda baş verən qəza zamanı göyərtədə olan 7 nəfərdən 5-i həyatını itirib.

"CNN Türk"ün məlumatına görə, ölənlərdən 4-ü Rusiya vətəndaşıdır – Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Elena Badraqa. 

Helikopter Türkiyənin böyük şirkətlərindən olan Eczacıbaşı Group-a məxsus olub.

Qəzada şirkətin Rusiya üzrə baş direktoru da həlak olub.

Helikopterin havaya qalxandan 6 dəqiqə sonra qəzaya uğramasına qatı dumanın səbəb olduğu bildirilir.