XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 18:12

Sarkisyan Rusiyadakı səfirini işdən çıxartdı –Yesayan “aprel müharibəsi”nin badına getdi

yesyan

Ermənistan prezidenti Serj Sarkisyan martın 10-da Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanı işdən azad edib.

Prezident başqa bir fərmanla bu vəzifəyə Vardan Toganyanı təyin edib. Bu barədə martın 10-da "Azadlıq Radiosu"nun Ermənistan xidməti məlumat yayıb.

Mənbənin yazdığına görə, rusiyalı jurnalist Vladimir Solavyov bu günlərdə Yerevanda deyib ki,ermənistanlı səfir Oleq Yesayan ötən ilin aprelində Dağlıq Qarabağda gedən döyüşlər zamanı heç nə etməyib, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə həmin dövrdə çox fəal işləyib.

Yesayan isə "Tert.am" saytına şərhində 1 il ərzində Solavyovun ona qarşı yönəlmiş “monoloquna” məhəl qoymadığını deyib və jurnalisti açıq-aydın yalan danışmaqda günahlandırıb.

“Vestnik Kavkaza” saytı isə bu arada "Tert.am"a istinadla yazır ki, yeni səfir Vardan Toganyanın adı ofşor hesablar və şirkətlərlə bağlı “Panama sənədləri”ndə hallanır.

Həmçinin Ermənistanın kütləvi informasiya vasitələri yazır ki, Toganyan 2014-cü ildə almaz istehsalı ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.