XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 21:08

Putin İsrail baş nazirini pərt etdi:"Gəlin 2500 il əvvəl olandan yox, bu gündən danışaq"

Putin-Netanyahu-Reuters (1)

İsrail baş naziri Binyamin Netanyahunu Moskvada qəbul edən Rusiya prezidenti Vladimir Putin onu pərt edib.

Strateq.az AFP-yə istinadla xəbər verir ki, Putin yəhudilərin yaxınlaşmaqda olan Purim bayramı ilə bağlı baş naziri təbrik edib.

B.Netanyahu bu bayramın mənşəyinə toxunub, miladdan əvvəl 500-cü ildə farsların yəhudiləri yox etmə cəhdinə və bu cəhdin uğursuzluğuna eyham vurub.

Netanyahunun "İran bu gün də eyni şəkildə İsraili yox etmək istəyir" sözlərinə V.Putin belə cavab verib: "Gəlin, 2500 il əvvəl yaşananlardan yox, bugünkü problemlərdən danışaq".