XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2017 - 15:16

“Rusiyanın danışıqlar prosesində aparıcı rol oynaması təbiidir” –Amerikalı həmsədr

ricard-atet

“Danışıqlar prosesində hər hansı həmsədr ölkənin daha aktiv iştirakı təbiidir”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

O bildirib ki, vaxtilə ABŞ dövlət katibi Kolin Pauell prosesdə fəallıq göstərib, sonra isə bu rol Fransaya keçib.

Amerikalı diplomat hesab edir ki, hazırda Rusiyanın danışıqlar prosesində aparıcı rol oynaması təbiidir: “Rusiya da daxil olmaqla, hər üç dövlət diplomatik fəaliyyətinin vacibliyini vurğulayır”.

APA