XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2017 - 15:44

Amerikalı həmsədr:"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür"

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland mətbuat-konfransında deyib:

"Biz bu gün Prezident İlham Əliyevlə uzun müzakirələr apardıq, eləcə də XİN rəhbəri Elmar Məmmədyarovla görüşdük və münaqişəni müzakirə etdik".

Həmsədrin sözlərinə görə, danışıqlar prosesinin vacibliyi xüsusilə qeyd edilib: "2016-cı ilin aprel hadisələrinin birinci ildönümü danışıqlar masasında qeyd olunmalıdır. Münaqişənin heç bir halda hərbi yolla həlli ola bilməz. Biz bu mesajı Yerevanda da verəcəyik".