XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2017 - 08:34

Niderlandın sabiq XİN rəhbəri:"Çavuşoğluna qadağa qoyulmasını anlaya bilmirəm"

Ben Bot

"Niderland tərəfindən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə qadağa qoyulmasını anlaya bilmirəm".

Bunu Niderlandın sabiq XİN rəhbəri Ben Bot deyib.

"Niderland hökümətinin türkiyəli nazirin təyyarisinin enişinə qadağa qoymasını anlamaq olmaz. Məncə, bu cür yanaşma Niderlandda keçiriləcək seçkilərlə bağlıdır", – Bot deyib.

Onun sözlərinə görə, bu yanlış addım Niderlandın həmişə müdafiə etdiyi demokratiya dəyərlərini və insan hüquqlarını pozur. O, qeyd edib ki, Lüksemburqun qərarı Türkiyə və Niderland arasında iqtisadi münasibətlərin pisləşməsinə səbəb ola bilər. /Trend.az