XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 08:43

Çavuşoğlunun İsveçrəyə səfəri təxirə salınıb –Səbəb

Çavuşoğlu

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə planlaşdırılan səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bu barədə  “Sonntags Zeitung” məlumat yayıb.

“XİN rəhbəri Mövlud Çavuşoğlunun İsveçrəyə səfəri  yeni göstəriş olanadək təxirə salınıb”, – deyə “Avropada Türk Demokratların İttifaqı” İctimai Birliyin nümayəndəsi bildirib.    

Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. /APA